Şagirdlərimizin əsgərlərə mənəvi dəstəyi

     Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin ən böyük ehtiyacı mənəvi dəstəkdir. Əsgərlərimizə mənəvi dəstək olmaq üçün şagirdlərimiz böyük həvəs və ruh yüksəkliyi ilə məktublar yazdılar. Şagirdlərin mənəvi dəstəkləri əsgərlərə ünvanladığı məktublarda öz əksini tapdı. İyunun 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) kollektivinin Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə "N" saylı hərbi hissəyə səfəri zamanı məktublar əsgərlərə çatdırıldı.

    Xalqımızın birliyini simvolizə edən, kiçikdən böyüyə bütün xalqın bir yumruq kimi birləşdiyinin sübutu olan bu məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə mənəvi dəstəkdir, ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfədir.


https://www.youtube.com/watch?v=X3RsikUrSdU&feature=youtu.be

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi