Gənclik həyatı ilə uşaqlıq həyatının astanası-Məzun Günü

   Bu gün doğma vətənimizin bütün məktəbləri öz məzunlarını yola salır. Bu münasibətlə məktəbimizdə "Son zəng" tədbiri keçirildi. Təntənəli tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi Aynur Abbasova, valideynlər, müəllimlər və şagirdlər iştirak etdilər.

   Tədbiri giriş sözü ilə açan məktəbin direktoru A.Bayramova "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan danışaraq qəbul imtahanlarının I mərhələsindən 600-dən yuxarı bal toplamış məzunları tədbir iştirakçılarına təqdim etdi. Bu ilki son zəngin Şərqdə ilk demokratik Respublika- Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bir vaxta təsadüf etdiyini böyük qürur hissi ilə qeyd etdi. Üzünü məzunlara tutaraq onları təbrik etdi, yeni-yeni nailiyyətlər, gələcək həyat yollarında uğurlar, millətə, dövlətə layiqli vətəndaş olmağı arzuladı.

    Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi A.Abbasova öz çıxışında rayon icra hakimiyyəti adından məzunları, onların valideynlərini təbrik etdi, məzunlara təhsildə uğurlar arzuladı. Tədbir şagirdlərimizin hazırladığı bədii kompozisiya ilə davam etdi.

   Gənclik həyatı ilə uşaqlıq həyatının astanasında dayanan məzunlarımız! Bu gün siz öz doğma məktəbiniz, sizlərə ana qədər əziz olan müəllimləriniz ilə vidalaşdınız. Bütün məktəb rəhbərliyi, həmçinin müəllimləriniz sizləri təbrik edir və gələcək həyatınızda yeni-yeni uğurlar arzulayır! Yolunuz açıq olsun!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi