IV Respublika fənn müsabiqəsinin birinci mərhələsinin qalibləri

        İstedadlı şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadaların hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsi məqsədilə Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında  keçirilən IV Respublika fənn müsabiqəsinin birinci mərhələsində məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandıran 

şagirdlərimiz Məmmədov Əli və Cəfərli İsa yüksək nəticə göstərdilər. I mərhələdə yüksək nəticə göstərən şagirdlərimiz final mərhələsində seçdikləri fənn üzrə - fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən imtahan verəcəklər.

       Şagirdlərimizi təbrik edirik və müsabiqənin final mərhələsində onlara uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi