Məntiq olimpiadasının qaliblərinə diplomlar təqdim olundu

        Şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq məqsədi ilə vaxtaşırı məktəbimizdə siniflər üzrə məntiq olimpiadası keçirilir. Növbəti məntiq olimpiadası III və IV siniflər arasında keçirildi. Yarışda şagirdlər onlara təqdim olunan məntiq tapşırıqlarını cavablandırdılar. İlk turda uğur əldə edən şagirdlər olimpiadanın final mərhələsinə vəsiqə qazandılar.

        Final mərhələsinin nəticələrinə əsasən ən yüksək məntiqi təfəkkür nümayiş etdirən şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olundu. Şagirdlər bu sevincli günü onlara yaşatdıqlarına görə məktəb rəhbərliyinə öz dərin təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi