“Ən yaxşı videoçarx” nominasiyasının qalibi

     Ümumtəhsil məktəblərində davranış qaydalarının təbliği, maarifləndirmə işinin təşkili, şagirdlərin hərtərəfli, düzgün inkişaf etmiş, milli-mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında məktəblərə, valideynlərə dəstək olmaq məqsədilə   “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən “Sağlam davranış” layihəsi çərçivəsində elan edilmiş “Davranışımızın həyatımıza təsiri” müsabiqəsi keçirildi. Müsabiqəyə qatılan şagirdlər mövzuya uyğun olaraq "Məktəbdə dekorativ guşə", "Videoçarx", "Tamaşa" və "Ətrafa faydalı olaq" nominasiyalar üzrə yarışıblar. Müsabiqədə məktəbimizin  8ç sinif şagirdi Cəfərli Lilipar “Ən yaxşı videoçarx” nominasiyası üzrə qalibiyyət əldə edib. Bu uğur zəhməti sevən, sağlam düşüncəli və bacarıqlı şagirdimizin qələbəsidir.

        Şagirdimizi  təbrik edirik.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi