Ekoloji məhkəmə

       7c və 7d siniflərində “Ekoloji məhkəmə” adlı praktik dərs keçirildi. Praktik dərsdə atmosfer, hidrosfer, litosfer və biosferin bəşəriyyətə qarşı qaldırdığı iddiaya baxıldı. Dərsdən əvvəl rollar bölündüyündən şagirdlər dərslikdəki materiallar və digər mənbələrdən istifadə etməklə xeyli dəlil və sübutlar toplamışdılar.  “Məhkəmə”nin gedişində hakim (təbiət), iddiaçılar(atmosfer, hidrosfer, litosfer, biosfer), cavabdehlər (bəşəriyyət), şahidlər (bəşəriyyətin nümayəndələri) iştirak edirdilər.
      Hakim atmosferə zavod və fabriklərin işi nəticəsində atılan zəhərli qazların vurduğu zərər barədə iddia qaldırdı. Bu məsələ ilə bağlı iddiaçılar dəlillər olaraq zavod və fabriklərdən bərk, maye və qaz şəklində atılan tullantıları, qırılmış meşələri, səhralaşan torpaqları, əriyən buzlaqları, iqlim dəyişikliklərini göstərdilər. Şahidlər iddiaçı və cavabdehlərin xeyrinə ifadə verdilər. Digər şagirdlər də müzakirəyə cəlb olundu.

      Dərsdə digər - hidrosfer, litosfer və biosferlə bağlı iddialara da baxıldı.

      Dərsin sonunda hər iştirakçının fərdi yaradıcılığı qiymətləndirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi