“ Vətənimizin tarixini dərindən öyrənək , zaman-zaman başımıza gətirilən faciələri unutmayaq” adlı viktorina

Məktəbimizdə 15.01.2015-ci il tarixdə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş 5-ci siniflər arasına Azərbaycan tarixi fənnindən viktorina keçirildi.Viktorinanın keçirilməsində məqsəd 20 Yanvar faciəsinin yad edilməsi,böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi,məhəbbət hisslərinin aşılanması,onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması idi. Faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra 5 komanda- Zəka,Alov,Səma,Məqsəd,Su arasında üç mərhələdən ibarət gərgin və maraqlı yarış başladı. Şagirdlər vətənimizin tarixi haqqında maraqlı sualları təyin olunmuş vaxt müddətində dinamik musiqi sədaları altında yerinə yetirdilər. Verilən suallar şagirdlər tərəfindən dəqiq cavablandırıldı. Uşaqlar tapşırıqları icra edərək xallar qazandılar. Tarix müəllimləri və valideyin icması xalları hesablayaraq qalibləri elan etdilər. Qazanılan xallar əsaında Cəfərli İsa I yerin, Əliyeva Kifayət, Qurbanov Əsgər,Rəsulov Etibar II yerin, Xəlilzadə Amin, Həsənov Əlihəsən III yerin qalibi oldular. Qalibləri təbrik edən məktəbin direktoru A.F.Bayramova şagirdlərə bir daha vətənimizin tarixini dərindən öyrənməyi, zaman-zaman başımıza gətirilən faciələri unutmamağı, düşmənə qarşı mübariz olmağı tövsiyyə etdi, vətənimizi qorumağın hər kəsin müqəddəs borcu olduğunu söylədi.Valideynlərlə müəllimlərin sıx əməkdaşlığı uşaqlarda qabliyyət və istedadın inkişafına müsbət təkan vermiş oluduğunu söyləyən A.F.Bayramova bacarıqlı və istedadlı gənclərin yetişməsində valideyin məktəb əməkdaşlığının önəmli olduğunu vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi