Şəhidlər xiyabanı-xalqımızın and yeri

20 yanvar faciəsini 26-cı ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 16 yanvar 2015-ci il tarixdə məktəbimizin şagirdləri,valideyin icması və müəllimlər Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdilər. 20 yanvar şəhidlərimizin və Qarabağ uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın məzarlarını ziyarət edən şagirdlərimiz şəhid məzarlarına tər qərənfillər düzdülər. Şəhidlər xiyabanında faciə qurbanlarına həsr olunmuş şeirlər söyləyən şagirdlərimiz xalqımızın tarixinə qəhrəmanlıq nümunəsi kimi yazılan 20 Yanvar faciəsini unutmayacaqlarını, şəhidlərin xatirəsini daim uca tutulacaqlarını söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi