Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya

      Şagirdlərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olundu.

      Ekskursiya zamanı şagirdlərə muzeyin yaranma tarixi, muzeydəki qədim tapıntılar, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlar, rəngi hələ də solmamış parça qalıqları, küplər, skeletlər, xəritələr, bayraqlar, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları barədə ətraflı məlumat verildi.

      Muzeydə ən qədim zamanlardan bu günədək tariximizi əks etdirən müxtəlif orijinal, eləcə də restavrasiya olunmuş eksponatlar, şəkillər, sənədlər şagirdlərin böyük marağına səbəb oldu. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi