İntellektual yarış

     Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirildi. Azərbaycanın zəngin tarixinin öyrənilməsi məqsədilə təşkil olunmuş intellektual yarışda VII sinif  şagirdləri iştirak etdilər. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilən qısa videoçarx nümayiş olundu.

    İntellektual yarışın sualları “Azərbaycan tarixi” fənni proqramına uyğun hazırlanmışdı.

İştirakçılara aparıcı tərəfindən verilən suallar monitorda slayd vasitəsilə müşayiət olunurdu. Yarışmanın turları “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr” adlı mövzular üzrə keçirildi. Maarifləndirici yarışda hər biri 7 nəfərdən ibarət 6 komanda iştirak edirdi. İntellektual yarışda komandaların cavabları tarix müəllimlərindən ibarət münsif heyəti tərəfindən qiymətləndirildi. Qızğın mübarizə şəraitində keçən yarışda bilik səviyyəsi və hazırcavablılığı ilə seçilən 7l sinfi I, 7ç sinfi II, 7a sinfi III yerin qalibi oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi