Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Dəyirmi masa"

     Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər planına əsasən məktəbdə tarix müəllimlərinin təşkilatçılığı ilə "Dəyirmi masa" keçirilmişdir. "Dəyirmi masa"da şagirdlər Cümhuriyyət dövründə siyasi-iqtisadi, mədəni sahədə görülmüş işlər haqqında topladıqları məlumatları təqdim etdilər. Ulu öndər Heydər Əliyevin “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və sədaqətli varisləriyik” - fikri ilə davam etdirilən "Dəyirmi masa"da Cümhuriyyətin qısa fəaliyyəti dövründə yarımçıq qalmış işlərin Müstəqil Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi qeyd olundu.

    Sonda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin ictimai, siyasi və mədəni mühiti ilə bağlı videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi