"Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublikadır” mövzusunda təqdimat

       “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublikadır” mövzusunda təqdimat keçirildi. Təqdimatda məktəb rəhbərliyi, tarix müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər. Tarix müəllimləri çıxışlarında Şərqdə ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu bildirdilər. Tədbir iştirakçıları AXC-ni zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyan, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayan demokratik respublika kimi xarakterizə etdilər. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin mühüm səhifəsini təşkil edir.

        Şagirdlər təqdimatlarında da Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  çox mühüm qərarlar qəbul etdiyini vurğuladılar, məhz bu dövrdə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verildiyini, milli dövlət strukturlarının və nizami milli ordunun yaradılmasını  diqqətə çatdırdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi