“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və Atəşgah məbədinə ekskursiya

       May ayında şagirdlərimiz Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda və Atəşgah məbədində ekskursiyada oldular. Yanardağda ekskursiya zamanı şagirdlər fənn müəlliminin bələdçiliyi ilə araşdırma apararaq müəyyən etdilər ki, ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar vulkanik-tektonik proseslərin getməsi nəticəsində yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Şagirdlərə həmçinin məlum oldu ki, buradakı yanma prosesi eradan əvvəlki dövrlərdən başlamış və Yanardağın əks istiqamətində yanan üç təpə mövcud olmuşdur. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib.

     "Atəşgah" məbədini ziyarət edən şagirdlərimizin diqqətini dördbucaqlı tikili səcdəgahın mərkəzində yanan od oldu. Şagirdlərimizə məlumat verildi ki, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi eramızın 1713-cü ilinə aiddir.

      Ekskursiyadan böyük maraq və xoş əhvalla qayıdan şagirdlərə ev tapşırığı olaraq nəzəri və praktik biliklərini ümumiləşdirib təqdimatlar hazırlamaq tapşırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi