“Cümhuriyyət-100”

        Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi 1d sinfində musiqi dərsində təntənəli qeyd olundu. Dərsdə istifadə olunan bir-birindən maraqlı krossvordlar, məntiqi tapşırıqlar şagirdlərin dövlət rəmzlərimizlə bağlı biliklərini daha da təkmilləşdirdi.  Bütün bunları qrup işlərində ümumiləşdirən şagirdlərimiz  maraqlı təqdimat etdilər. 1918-ci ildə təsis olunmuş  üçrəngli bayrağımızın  dövrün tələblərinə uyğun dəyişilməsini şagirdlər slaydlarda  izlədilər.  

         Sonda şagirdlər “Üçrəngli bayraq” mahnısının sədaları altında parçaları birləşdirərək Azərbaycan bayrağı təsvirini yaratdılar. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi