İrəvansız 100 il

    “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyinin təşkilatçılığı ilə  “İrəvansız 100 il” adlı tədbir keçirildi. Tədbirdə çıxış edən BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu qeyd etdi ki, ermənilər tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərək işğalçılıq siyasəti aparıblar. Söylədi ki, zamanında ərazisi 9 min kv metr olan Ermənistanın bu gün isə ərazisi 30 min kv metrdən çoxdur. Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddəaları pozularaq  Azərbaycan əraziləri ermənilərə güzəştə gedilib. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara  qayıdacağıq.

     "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas da tədbirdə çıxış edərək  İrəvan xanlığının tarixindən, qədim Azərbaycan şəhəri İrəvanın intibah dövründən söhbət açdı. Bildirdi  ki, Silahlı Qüvvələrimizin rəşadəti hesabına üçrəngli, ay-ulduzlu bayrağımız Dağlıq Qarabağda, işğal altındakı digər ərazilərimizdə dalğalanacaq, tarixi torpaqlarımızın üzərindəki tam nəzarət yenidən özümüzə qayıdacaq.

 

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi