Qəlblərdə yaşayan lider

      Təhsili millətin gələcəyi adlandıran dahi şəxsiyyət Heydər Əliyevin doğum günü məktəbimizdə təntənəli qeyd olundu. Ulu öndərin şəkli əks olunan geyimlərlə  maraqlı kompozisiya nümayiş etdirən 2b sinfi hər kəsdə xoş təəssürat yaratdı. Şagirdlər  güllərdən hazırlanmış gözəl və rəngarəng gül kompozisiyaları ilə musiqinin sədaları altında möhtəşəm görüntü yaradaraq maraqlı fləşmob təqdim etdilər, sonra onlar dahi şəxsiyyət Heydər Əliyevin 95-ci ildönümü münasibətilə  95 rəqəmini xalça üzərində yazdılar.

     Kompozisiyada şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla bir daha göstərirlər ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi onların qəlblərində daim yaşayır və yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi