9 May - Qələbə Günü

    9 May faşizm üzərində Qələbə Günü GÇQH dərslərində qeyd olundu. Hərbi müəllim R.Şamidov söylədi ki, bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı və faşizm süqut etdi. Vurğuladı ki, Azərbaycan faşizm üzərində tarixi qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

    Hərbi müəllim İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynadığını da xüsusi vurğuladı. Sonra qələbəyə həsr olunmuş sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi