Azərbaycanın görkəmli dövlət xadimi

     Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanın görkəmli dövlət xadimi” mövzusunda təqdimat keçirildi. Təqdimatda tarix müəllimi N.İmamverdiyev dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi ömür yolundan danışaraq söylədi ki, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış ağır vəziyyət, siyasi özbaşınalıq, iqtisadi və sosial böhran, vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yenə də müdrik və yenilməz şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ilə aradan qaldırıldı, dövlət çevrilişlərinin qarşısı alındı və Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

    Şagirdlərimiz isə hazırladıqları təqdimatda Ulu öndərin ölkə iqtisadiyyatına, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğıya toxundular, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğısından danışdılar.

     Təqdimatın sonunda N.İmamverdiyev çıxışında qeyd etdi ki, Ulu öndər şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu öndərin ölməz işıqlı obrazı yaşayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi