IX siniflərin valideynləri ilə görüş

           IX siniflərin valideynləri ilə məktəb rəhbərliyinin, fənn müəllimlərinin və sinif rəhbərlərinin görüşü keçirildi. Görüşdə valideynlər imtahanın I mərhələsində övladlarının nəticələri ilə tanış oldular.

          İclasda məktəb rəhbərliyi X  siniflərdə seçmə (təmayül) fənlər üzrə siniflərin komplektləşdirilməsi haqqında məlumat verdi. Şagirdlərin arzu etdikləri peşələr üzrə dərin bilik almaq üçün təmayül siniflərə cəlb edilməsindən danışdı. Bu işdə fənn müəllimlərinin rəyi və valideynlərin istəklərinin nəzərə alınacağı xüsusi vurğulandı. İclasın sonunda məktəb rəhbərliyi valideynlərə təşəkkürünü bildirdi, qarşıdan gələn buraxılış imtahanında daha uğurlu nəticə əldə etmək üçün məktəb-valideyn əməkdaşlığının əhəmiyyətli olduğunu söylədi.

       Sonra valideynlər övladlarının peşə seçimində istəklərini onlara verilən formanı dolduraraq bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi