IX siniflər üçün keçirilən imtahanın I mərhələsinin nəticələri müzakirə olundu

   IX siniflər üçün keçirilən imtahanın I mərhələsinin nəticələri fənn müəllimləri ilə birgə müzakirə olundu. Məktəb rəhbərliyi mövcud problemləri aradan qaldırmaq üçün davamlı olaraq sistemli şəkildə fənn müəllimləri tərəfindən yoxlama yazı işlərinin aparılmasını tövsiyə etdi. İmtahanın II mərhələsində daha uğurlu nəticə əldə etmək üçün müəllimlərin rəy və təklifləri dinlənildi. Müntəzəm olaraq şagirdlərin imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması, hər bir şagirdə fərdi yanaşaraq çətinlik çəkdikləri mövzuların müəyyənləşdirilməsi, aradan qaldırılması istiqamətində görüləcək işlər müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi