Yardımsevərlik insan qəlbinin ən gözəl xüsusiyyətidir

     Fənn aylıqları çərçivəsində 8-ci siniflərdə musiqi dərsləri dinlənildi. Dərslər ispan yazıçısı Migel De Servantesin  və  Azərbaycanın görkəmli bəstəkarı  Qara Qarayevin eyniadlı "Don Kixot" əsərlərinin dramaturgiyası üzərində quruldu. Fənn müəllimi müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadə edərək dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakını təmin etdi. Dərsdə şagirdlər görkəmli bəstəkar  Qara Qarayevin həyatı haqqında ətraflı məlumat əldə etdilər. Həmçinin bəstəkarın İspan yazıçısı Migel de Servantes əsəri əsasında "Don Kixot" əsərinə" simfonik qravürünü bəstələməsinə toxunuldu.

    Dərsin informasiyanın müzakirəsi və təşkili mərhələsində şagirdlər əsərin qəhrəmanı Don Kixotu mürəkkəb və təzadlı xarakterə malik bir qəhrəman kimi göstərdilər. Don Kixot bir tərəfdən yel dəyirmanı ilə vuruşan şöhrətpərəst, digər tərəfdən mübariz, humanist kimi təqdim olundu. Bu, əbədiyaşar, qəmli və komik obrazın köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışaraq gülünc vəziyyətə düşdüyü söylənildi. Qrupların təqdimatında bu qənaətə gəlindi ki, yardımsevərlik insan qəlbinin ən gözəl xüsusiyyətidir, bu xüsusiyyət hər insan qəlbində yaşamalıdır.

    Sonda Qara Qarayevin  Migel de Servantesin əsəri əsasında yazdığı "Don Kixot" simfonik qravürü səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi