Sevgi sərhəd tanımır

Bakı şəhər 246 №li məktəb liseydə inkuliziv təhsil üzrə müəllim köməkçiləri - Hökumə Novruzova, Gültəkin Səlimova, Lalə Quliyevanın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə birgə “ Sevgi sərhəd tanımır ” adlı bayram tədbiri keçirildi. Görüşün məqsədi bayram sevincini uşaqlarla bölüşmək, hər bir uşağın fərdi bacarıq və qabliyyətlərini nümayiş etdirməsinə zəmin yaratmaq idi.Tədbirdə uşaqlar xəritə üzərində maraqlı işlər təqdim etdilər - Azərbaycanın xəritəsi üzərində tanıdıqları rayonları qeyd edən şagirdlər lentlər vasitəsilə həmin rayonları vətənimizin paytaxtı-Bakı şəhəri üzərində birləşdirdilər,vətənimizin tarixi abidələri, dağları,mətbəxi, gəzməli yerləri haqqında fikirlərini bəzi şagirdlər danışaraq, bəziləri jestlərlə, bəziləri isə çəkdikləri rəsmlərlə təsvir etdilər. Şagirdlərin söylədikləri şeirlər, ifa etdikləri zümzümə mahnılar tədbirə xoş ovqat qatdı. 6 ç sinif şagirdi Məmmədov Cəsurun və 6 d sinif şagirdi Qocalı Cabirin rəsmlərindən təşkil olunmuş sərgi hər kəsi heyran etdi.Sonda məktəbin direktoru A.Bayramova bayram münasibətilə iştirakçıları təbrik etdi, məktəbdə sağlamlıq imkanları məhdud şəxslərə daim qayğı ilə yanaşıldığını vurğuladı. Xüsusi təhsilin əsas məqsədinin sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə hazırlamaqdan ibarət olduğunu söylədi . Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkilinin məktəbimizdə bu yöndə qurulduğunu və hər bir şagirdin fərdi bacarığını üzə çıxarıb onların gələcəkdə öz imkanlarına uyğun peşələrə yiyələnmələrinə kömək etməyin hər kəsin əsas məqsədi olduğunu vurğuladı .Tədbirdə iştirak edən valideynlər bu cür tədbirləri yüksək qiymətləndirdilər, övladlarına bu sevinci yaşatdıqları üçün məktəb rəhbərliyinə, müəllimlərə öz təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi