Texnologiya dərsi dinlənildi

     Əmək-insanın məqsədyönlü yaradıcı fəaliyyətidir. Ancaq əmək sərf etməklə yeni bir şey öyrənmək və düzəltmək, həyatı dəyişmək və rəngarəng etmək olar. Gənclərin yaradıcı təfəkkürlü vətəndaş kimi yetişməsində, əməyə, zəhmətə alışmasında məktəbdə tədris olunan fənlərin, xüsusilə də texnologiya fənninin rolu böyükdür. Məhz bunları nəzərə alınaraq texnologiya fənninin tədrisi daim diqqət mərkəzində saxlanılır.

     Texnologiya fənn aylığı çərçivəsində 9c sinfində  “Milli yeməyimiz-qutab” mövzusu üzrə "Açıq dərs" dinlənildi. Mövzu üçün əhatəli forma və üsul seçən fənn müəllimi dərsi daha da  maraqlı etdi. Texnologiya fənninin imkanları daxilində kombinə edilmiş formada təlim işi quruldu. Şagirdlər nəzəri biliklərini təcrübəyə tətbiq etməklə bacarıqlarını nümayiş etdirdilər.

    Dərsin tətbiqetmə mərhələsində şagirdlərin həvəslə hazırladıqları qutab hər kəs tərəfindən bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi