Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi

     Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Şagirdlərimiz də Qarabağın tarixi, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələrini, ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar, deportasiya və soyqırımlar haqqında məlumatları “Qarabağın tarixi” fakültativ kursunda  daha da dolğun əldə etdilər. VIII sinif şagirdləri “Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi” mövzusunda hazırladıqları təqdimatda qazandıqları bilikləri nümayiş etdirdilər. Şagirdlər Qarabağın yerləşdiyi tarixi ərazini, təbii-coğrafi xüsusiyyətlərini, etimologiyasını, ictimai-inzibati tarixini, əhalisinin etnik tərkibini, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasətini hazırladıqları təqdimatda təqdim etdilər və öz gözəlliyi ilə hamını valeh edən Qarabağ  xalçalarının dünyanın ən zəngin muzeylərində mühafizə olunduğunu xüsusi vurğuladılar. Qarabağın fauna və florasına toxunan şagirdlər məşhur Qarabağ atlarında danışdılar, ”Xarı bülbül” rəvayətini söylədilər.

     Təqdimatlarda şagirdlərin Qarabağ müharibəsində Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçən vətən oğullarının öz dilindən söylədikləri həyat hekayələri hamını çox təsirləndirdi.

     Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında əldə etdikləri biliklər bir daha şagirdlərdə vətənpərvərlik hisslərini artırır. Vətənə məhəbbət və sədaqət ruhunda böyüyən şagirdlərimiz inanırıq ki, xalqımıza xas olan mənəvi və əxlaqi keyfiyyətlərin gələcək nəsillərə ötürülməsinin davamçıları olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi