Şagirdlər Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda (GEİ) ekskursiyada oldular

    Fənn aylıqları çərçivəsində VIII sinif şagirdləri biologiya müəllimlərinin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda (GEİ) ekskursiyada oldular. Elmi işçilər şagirdləri İnstitutun əsas fəaliyyət istiqamətləri ilə  tanış etməklə yanaşı  Azərbaycanın zəngin bitki genetik ehtiyatları, onların toplanılması və botaniki təhlili üsulları, həmçinin İnstitutda yaradılmış Herbari fondu, həmin fonddakı materialların hazırlanma qaydaları, Biotexnologiya  şöbəsində görülən işlər və mövcud avadanlıqların istifadə məqsədləri haqqında ətraflı məlumat verdilər.  

      İnstitutun elmi mütəxəssisləri ekskursiya üzvlərini on mindən çox bitkinin toxum ehtiyatlarının mühafizə olunduğu Milli Genbankla tanış etdilər və  onları maraqlandıran sualları cavablandırdılar.

      Həmçinin şagirdlərə fəstfud yeməklərinin insan genotipinə birbaşa təsiri izah olundu, bu təsirin də gələcəkdə bir sıra xəstəliklərin yaranmasına səbəb olması xüsusi vurğulandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi