Uzunömürlülüyün sirri

      Biologiya fənn aylığında 8L sinfində “Uzunömürlülüyün sirri” araşdırıldı. Şagirdlər araşdırmalarında uzunömürlü insanların həyat tərzi haqqında  ətraflı məlumat verdilər.  Uzunömürlülüyün  sirlərini (pis vərdişlərdən uzaqlaşmaq, artıq çəki ilə mübarizə, fəal həyat tərzi, idmanla, yaradıcı fəaliyyətlə məşğul olmaq və s. amillər) şagirdlər araşdırmalarında  təqdim etdilər.  Söylənildi ki, aydın təfəkkürlə uzun ömür yaşamaq fiziki fəallıqdan heç də az əhəmiyyət kəsb etmir. Ağlın yaradıcı imkanlarından bəhrələnən intellekt sahiblərinin yaddaşı möhkəm və ətrafa marağı güclü olur. Yaradıcı fəaliyyətlə məşğul olmaq da sağlam yaşamağa təkan verən stimuldur. Beynin sağlam yaradıcı təxəyyülündən səmərəli istifadə edənlər insanlara faydalı olduqlarını dərk etdikcə daim yeniliklərə can atırlar. Bu isə yaxşı mənada beyin idmanıdır.

       Sağlam yaşamağımızda  ekoloji tarazlığa  da xüsusi  toxunuldu. Təbiətlə cəmiyyət arasında tarazlığın pozulması nəinki bütün canlılar, hətta insanın özü üçün də təhlükəyə çevrildiyi söylənildi. Məhz buna  görə də ekoloji tarazlığın qanunauyğunluqlarını qorumaq yollarından danışıldı və  bu yolda şagirdlərin üzərinə düşən vəzifəyə əməl etmək tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi