Düşündürən gülüş

    “Oxu həftəsi” çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi M.Məmmədova və S.Əlizadənin təşkilatçılığı ilə şagirdlər Mir Cəlal yaradıcılığından "Dərsimi yaz" adlı kiçik səhnəciklə izləyənlərə xoş anlar bəxş etdilər. Səhnəcik 9 bacıdan sonra dünyaya gəlmiş, ərköyün böyümüş, tənbəl Tofiqin sərgüzəştlərindən bəhs edirdi. Komik səhnələrlə auditoriyanı güldürməyi bacaran kiçik "aktyor" və "aktrisalarımız" tamaşaçılarda xoş əhval-ruhiyyə yaratdılar.

   Tamaşada qonaq qismində iştirak edən BŞTİ-nin  İnkişaf layihələri sektorunun aparıcı məsləhətçisi Namiq Ağayev çıxış edərək kitabın həyatımızdakı mühüm rolundan danışdı, məktəb rəhbərliyinə, təşkilatçılara öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi