Oxu dünyamıza xoş gəlmisiniz!

    “Oxu həftəsi” çərçivəsində 2-ci sinif şagirdləri “Oxu dünyamıza xoş gəlmisiniz!” kompozisiyasını təqdim etdilər. Şagirdlərimiz kompozisiyaya “Gəlin birgə oxuyaq!” fləşmobu ilə başladılar. Nağıllardan personajları məharətlə canlandıran şagirdlərimiz ilk öncə iştirakçıları salamladılar  və onları oxu dünyalarına səyahətə dəvət etdilər.       

    Nəfis tərtibatla bəzədilmiş dekorasiyaların önündə şagirdlərimiz müxtəlif səhnəciklər nümayiş etdirdilər. Bir-birindən maraqlı kompozisiyalar böyük maraqla qarşılandı. “Oxu dünyası”nı şagirdlərə birgə səyahət edən BŞTİ-nİn  İnkişaf layihələri sektorunun aparıcı məsləhətçisi Namiq Ağayev şagirdlərlə xatirə şəkli çəkdirdi, bu xoş anlar üçün təşkilatçılara və şagirdlərə təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi