II-IV siniflərdə şagirdlərin oxuyub-anlama bacarıqları yoxlanıldı

      Şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaq ümumi təhsil məktəblərinin qarşısında duran ən ümdə məsələlərdən biridir. Şagirdlərin oxuyub-anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikası mütəmadi olaraq izlənilir və nəticələr müəllimlərlə müzakirə olunaraq şagirdlərin təlim nəaliyyətlərinə təsir edən inkişaf planı müəyyənləşdirilir. Növbəti dəfə belə monitorinq məktəbin II-IV sinif şagirdləri arasında keçirildi. Şagirdlər onlara təqdim olunan kiçik məzmunlu mətni oxuyub, sonra anladıqlarını ifadə etdilər, həm də oxunan mətnə aid suallara cavab verdilər.

     Qiymətləndirmə meyarlara uyğun tərtib olunmuş cədvəl əsasında aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi