Şagirdlərimiz BDU-nun qonağı oldular

     Fənn aylıqları çərçivəsində VIII -IX sinif şagirdləri kimya müəllimi İ.Məmmədovanın rəhbərliyi ilə Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının qonağı oldular.

Analitik kimya kafedrasının müdiri, kimya elmlər doktoru Famil Çıraqov şagirdləri xoş əhvalla qarşıladı, universitetin göstəriciləri, qazandıqları uğurlar haqqında məlumat verdi. Daha sonra şagirdlər bələdçi müəllimlərin iştirakı ilə kimya labaratoriyaları, tədris otaqları ilə yaxından tanış oldular, geniş məlumatlar əldə etdilər. Şagirdlər mühazirələrdə iştirak etdilər, labaratoriya şəraitində aparılan praktik işlərin gedişini izlədilər.

    Akademik göstəricilərinə görə Azərbaycan təhsil sistemində ön sıralarda yer tutan bu təhsil ocağı ilə tanışlıqdan məmnun qalan şagirdlər görüşün sonunda xatirə şəkli də çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi