Təşəkkür məktubu

       19 Aprel 2018-ci il tarixində məktəbdə pedaqoji kollektivin bir qrup üzvləri ilə görüş keçirildi. Görüşdə dövlətçilik tariximizin şanlı səhifələrindən olan seçki prosesinin növbəti marafonu 11 Aprel Azərbaycan Respublikası Prezidentinin seçkilərinin uğurla başa çatması, əsl vətəndaş təəssübkeşliyinin nəticəsi olaraq prosesin yüksək səviyyədə təşkil olunmasında xidməti olan kollektivin üzvlərini, seçkilərin müvəffəqiyyətlə başa çatması münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının kollektivə ünvanladıqları təbrik və təşəkkürləri çatdırıldı. Çıxış edən məktəb rəhbərliyi və müəllimlər öz növbələrində yüksək səs çoxluğu ilə yenidən Prezident seçilən cənab İlham Əliyevə vətənimizin gələcək inkişafı naminə görəcəyi işlərdə uğurlar diləyərək göstərilən diqqət və qayğıya görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya və Yeni Azərbaycan Partiyası Binəqədi rayonTəşkilatının sədri Ramiz Göyüşova minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi