Cəlil Məmmədquluzadənin ilk mətbu əsərinin müzakirəsi

   “Oxu həftəsi” çərçivəsində Əməkdar müəllim G.Bayramova 8l sinfində C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsinin müzakirəsini təşkil etdi. Əsərin müzakirəsində şagirdlər hekayədə cərəyan edən hadisələrə öz münasibətlərini bildirdilər, əsərdə yazıçının əks etdirdiyi XIX əsr Azərbaycan kəndi və kəndlisi üçün xarakterik olan problemlərə aydınlıq gətirdilər. Hekayədən bir hissəni səhnələşdirən şagirdlər iştirakçılarda yumoristik gülüş yaratmağı da bacardılar.

    Müzakirələrin sonunda şagirdlər əsəri müasir dövrlə müqayisə edərək bu gün Azərbaycan kəndlisinin həm zahiri, həm də mənəvi cəhətdən inkişafını, onların elm və texnikanın nailiyyətlərindən istifadə bacarığını, seçmək və seçilmək hüququnun olmasını göstərdilər.  Həmçinin,  dövlətin və dövlət başçısının da  Azərbaycan kəndlisinə olan diqqət və qayğısı müzakirələrdə xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi