"Oxu həftəsi"ndə əsərlərin müzakirəsi

    “Oxu həftəsi” çərçivəsində məktəbimizdə bir sıra silsilə tədbirlər keçirilməkdədir. Həftə ərzində Azərbaycan dili və ədəbiyyat müəllimləri proqrama salınmış mövzulara uyğun əsərlərin müzakirəsini keçirdilər. 6a sinfində N.Gəncəvinin  “Yeddi gözəl” poemasından “Xeyir və Şər” , 7d sinfində S.S.Axundovun “Abbas və Zeynəb”, 7L sinfində S.S.Axundovun “Qaraca qız ”, 8a sinfində "Dəllək" hekayəsi müzakirə olundu. Əsərlərin müzakirəsində müqayisə, ziddiyyətlərin qarşılaşdırılması həyatı detalların açılmasına, obrazın dərkinə, yazıçı niyyətinin qavranılmasına səbəb oldu. Müzakirələrdə şagirdlərin hazırladıqları rollu oyunlara və təqdimatlar maraqla qarşılandı.
   Təhsilimizin hədəfi müstəqil düşünməyi, qərar çıxarmağı və tənqidi yanaşmağı bacaran insan yetişdirməkdən ibarətdir. İnanırıq ki, müzakirə olunan əsərlərdə şagirdlər müəllifin təsvir və tərənnüm etdiyi obrazları müqayisə etməklə tənqidi təfəkkürlərini inkişaf etdirdilər, yaxşını pisdən ayırmaqla təcrübə qazandılar, səriştə əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi