Sağlam həyat tərzi

    “Eko-təqdimatlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirildi. Sağlamlığı qorumaq üçün erkən yaşlardan sağlam həyat tərzi sürmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena normalarına riayət etmək, düzgün qidalanmaq tədbirdə öz əksini tapdı. Bununla yanaşı, alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmaq gərəkliyi slaydlarla, maraqlı fləşmobla nümayiş olundu.

   Sonda məktəbin direktoru A.Bayramova hər bir kəsin, xüsusən də gənclərin sağlam həyat tərzinə üstünlük verməli, zərərli vərdişlərdən uzaq durmalı olduğunu söylədi. Vurğuladı ki, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim mübarizə aparmalıdır.

   Tədbirdə iştirakçılara sağlam həyat tərzi sürmək üçün məlumat xarakterli bukletlər paylanıldı .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi