Növbəti "Açıq dərs"

     Fənn aylıqları çərçivəsində dərsdinləmələr davam edir. Növbəti "Açıq dərs" 8ç sinfində kimya fənni üzrə “Dissosiasiya dərəcəsi. Qüvvətli və zəif elektroitlər” mövzuda oldu. Dərsin motivasiyası, tədqiqat sualları məqsədəuyğun, təlim tapşırıqlarının problemin həllinə istiqamətlənməsi şagirdləri tədqiqatçılığa yönəltdi.

Həmin sinifdə inkluziv təhsilə cəlb olunan şagirdimiz Məmmədov Cəsurun potensial inkişafına uyğun əlverişli forma və üsul seçilmişdi. Məhz bunun sayəsində Cəsur təqdimetmə mərhələsində bacarığını özünəməxsus şəkildə nümayiş etdirə bildi.

    Dərsin mərhələlərində elektron resurslardan, müxtəlif təcrübi vasitələrdən istifadə olundu. Məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə dinlənilən dərs müzakirə olundu və qabaqcıl təcrübələrin yayılması, fənnin tədrisi keyfiyyətinin artırılması, müəllim peşəkarlığının öyrənilməsi baxımından nümunə dərslərin əhəmiyyəti vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi