“MDB üçün 100 ideya!” adlı Beynəlxalq Gənclər Layihəsindən qayıdan şagirdlərimiz sertifikatla qayıtdılar

         11-13 aprel 2018-cı il tarixində Belarus Respublikasının Minsk şəhərində “MDB üçün 100 ideya!” adlı Beynəlxalq Gənclər Layihəsi keçirilmişdir. Həmin layihədə məktəbimizin 11f sinif şagirdi Fərəcova Fəridə və Baloğlanova Aygün “Очищение воздуха от избытка углекислого газа в классах“ layihəsi ilə çıxış etdilər. Layihədə fəal iştiraklarına görə sertifikatla vətənə qayıdan şagirdlərimiz öz sevinclərini məktəb rəhbərliyi, fənn müəllimi və məktəb yoldaşları ilə bölüşdülər. Vətənimizi təmsil etmək missiyasını şərəflə yerinə yetirən şagirdlərimiz böyük fərəh hissi ilə layihə haqqında danışdılar. Şagirdlərimizi ürəkdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi