Hər bir uğur hədəfi düzgün seçməklə başlayır

     Təkcə bilikli deyil, həmçinin milli-mənəvi  dəyərlərə hörmət ruhunda tərbiyə almış şagird yetişdirmək məktəbimizdə qarşıya qoyulan istiqamətdir. Bu baxımdan məktəbimizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, şagirdlərin müxtəlif sahələr üzrə hərtərəfli bilik və bacarıqlar əldə etməsinə önəm verilir. Estetik tərbiyəni, etik davranışları,hərtərəfli dünyagörüşü təkmilləşdirmək məqsədilə şagirdlərimizin yaxından iştirakı ilə maarifləndirici guşələr yaradılıb. Guşələrdə maddi və mədəni irsimiz, qəhrəmanlıq salnaməmiz, milli-mənəvi dəyərlərimiz, şərəfli keçmişimizə aid qiymətli materiallar toplanıb.

     Kitabxananın işinin təkmilləşdirilməsi, şagirdlərdə mütaliə mədəniyyəti formalaşdırılması məqsədi ilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, bədii əsərlərin müzakirəsi aparılır. Bütün bunlar “Oxunan əsərlərin müzakirəsi” başlıqlı güşədə öz əksini tapır.

    Texnologiya və rəsm dərslərində şagirdlərin hazırladıqları əl işləri və rəsm əsərləri “Bacarıqlı əllər” güşəsində nümayiş etdirilir. Şagirdlərin mənəvi inkişafı və onların hərtərəfli yetişməsi məqsədi ilə məktəbimizdə milli bayramlar, əlamətdar günlər təntənəli şəkildə qeyd edilir. “Məktəb-lisey həyatı” guşəsində bütün bunları görmək olar.

    Məktəbimizdə fəaliyyət göstərən KA-nın üzvləri öz araşdırmalarını, "Sabahın alimləri” VII Respublika müsabiqəsindəki uğurlarını “Kiçik Akademiya” lövhəsində işıqlandıraraq məktəb yoldaşlarına çatdırırlar.

    “Psixoloq guşəsi”ndə sağlam və gələcəyə inamlı gənclərin yetişməsində, şəxsiyyətin mənəvi zənginləşməsində özünəinam, özünüdərk, özünütəsdiq və idrak proseslərinin inkişaf etdirilməsi üçün psixoloq məsləhəti yer alır.

   Məktəbin foyesində çoxlu sayda maarifləndirici lövhələri şagirdlərimiz hazırlayır, yeniləyir və öz yaratdıqları gözəlliyi qoruyur, dəyərləndirir və maariflənirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi