“Multikulturalizm- millətlərin dostluğu”

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Müxtəlif ölkələrin tarixi, mədəniyyəti, mənəvi dəyərlərini böyüməkdə olan gənc nəslə sevdirmək, insanlar arasında qarşılıqlı anlaşma, hörmət hisslərini formalaşdırmaq, dostluq və əməkdaşlıq münasibətləri yaratmaq məqsədilə 28.12.2015-ci il tarixdə məktəbimizdə I-II sinif şagirdləri sinif otaqlarını Azərbaycan və müxtəlif dünya dövlətlərinin-Türkiyə, Özbəkistan,Çin,Yaponiya, Braziliya, Rusiya, İngiltərə, Hindistan,Fransa, Misir, Gürcüstan, İtaliya, Amerikanın dövlət atributları, şəhərlərin, tarixi abidələrin şəkilləri ilə bəzəmişdilər. Təmsil etdikləri dövlətin milli geyimlərində qonaqları salamlayan şagirdlərimiz həmin dövlətin adət-ənənələri, tarixi keçmişi, milli mətbəxi,təsərrüfatı, incəsənəti haqqında ətraflı məlumat verdilər. Şagirdlərin həmin ölkələrin dövlət dilində söylədikləri şeirlər, mahnılar ,ifa etdikləri rəqslər qonaqlarda xoş əhval yaratdı. 2 b sinfində inkluziv təhsilə cəlb olunmuş şagirdimiz Ağamalıyev Muradın fransız dilində yeni il təbriki qonaqları çox təsirləndirdi. “ Dünya Azərbaycanlılarının Həmrəylik günü ” və Yeni il bayramı münasibətil məktəb icmasının,valideynlərin və müəllimlərin birgə hazırladıqları tədbir hamıda sevinc, xoş əhval-ruhiyyə yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi