“Happy New Year”

Məktəbimizdə əsl bayram əhval-ruhiyyəsi yaşanır.Məktəbin foyesində bəzəkli küknar ağacı, şagirdlərin sinif otaqlarında bəzədikləri yolkalar, çəkdikləri rəsmlər ,Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr olunmuş silsilə tədbirlər hər kəsdə xoş təəsürat yaradır.25 dekabr 2015-ci il tarixdə məktəbimizdə “ Happy New Year” adlı ingilis dilində bayram tədbiri keçirildi.Tədbir III və X sinif şagirdləri iştirakı ilə ingilis dili müəllimlərinin və məktəb icmasının birgə əməkdaşlığı sayəsində təşkil olunmuşdu. Şagirdlər ingilis dili üzrə əldə etdikləri bacarıq və qabiliyyətlərini səhnədə mahnı, şer, rəngarəng rəqs nömrələri, maraqlı səhnəciklər,məzəli oyunlar nümayiş etdirərək tədbir iştirakçılarına böyük sevinc və təbəssüm bəxş etdilər.Şagirdlər xüsusi geyimləri ilə müxtəlif qəhrəmanlarını- Qar kraliçasının, Zoluşkanın, Qırmızı papağın, Zorronun, Buratinonun, Dəniz quldurlarının və bir çox nağıl qəhrəmanların obrazlarını yaratdılar. Tədbirin sonunda çıxış edən məktəbin direktoru A.F.Bayramova bayram münasibətilə içtirakçıları təbrik etdi , icma üzvlərinə tədbirin keçirilməsində yüksək təşkilatçılıqlarına görə, ingilis dili müəllimlərinə isə səmərəli fəaliyyətlərinə görə dərin təşəkkürünü bildirdi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi