Bakı şəhəri 246 Nli məktəb lisey üzrə” Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda təşkil olunmuş tədbirlər haqqında məlumat

Bakı şəhəri 246 Nli məktəb lisey üzrə Beynəlxalq Torelantlıq Gününə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilmişdir.Belə ki , “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda inşa müsabiqəsi keçirildi.“Azərbaycanda dini tolerantlıq mədəniyyəti yüksəkdir” adlı seminar keçirildi.Seminarda tolerantlıq haqqında insan hüquqları və vicdanı ilə bağlı geniş məlumat verildi.Qeyd edildi ki , günümüzün ehtiyacı yalnız bir din deyil , müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür.Bundan əlavə “Tolerantlıq Demokratik Cəmiyyətin əsas elementidir” mövzusunda dəyirmi masa keçirildi.Həmçinin, məktəb liseydə təhsil alan qeyri millətlərdən olan şagirdlərin valideynləri ilə görüş keçirildi və onlarla da tolerantlıq haqqında söhbət aparıldı.Eyni zamanda “Aydınlığa doğru” milli mənəvi dəyərlərin qorunması ictimai birliyinin sədri telejurnalist Solmaz Əmirli və AMEA şərqşünaslıq institutunun əməkdaşı , fəlsəfə doktoru dini qurumlarla dövlət komissiyasının nəzdində yaradılmış dinşünaslıq komitəsinin sədri Vüsal Məmmədov ilə şagirdlərin və pedaqoji heyyətin görüşü keçirildi.Görüş zamanı onlar tolerantlığın yalnız insan davranış siyasəti ilə bağlı olduğu və dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə müəyyən qaydada davranışı olduğunu vurğuladılar.Məktəb lisey “Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud ) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı” layihəsinə qoşulmuşdur.Bununla bağlı məktəbdə inkluziv təhsilə cəlb olunmuş şagirdlər də var. Onlara daim qayğı göstərilir və məktəb liseydə küçirilən tədbirlərdən kənarda qalmırlar. Belə ki , inkluziv təhsilə cəlb olunmuş şagirdlər və onların valideynləri ilə tolerantlıq haqda söhbət aparılmış , şagirdlər yeni il haqqda şer və mahnılar ifa etmiş və hərə öz regionunun mətbəxini nümayiş etdirmişdir ki , buda sağlamlıq imkanları məhdud şagirdlərin böyük sevincinə səbəb olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi