Birincilərin texnologiya dərsi

    “Təhsildə keyfiyyət ili” çərçivəsində fənn aylıqlarının təşkili davam edir. Cari tədris ilinin aprel ayında ibtidai siniflərdə texnologiya fənninin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Texnologiya fənnin imkanları daxilində şagirdlərin həyatı bacarıqlara yiyələnməkləri üçün I siniflərdə təlim işi quruldu.

     Dərsin mövzusuna uyğun olaraq sinif müəllimləri əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuş tikmə sənəti haqqında danışdılar, bədii tikmənin müxtəlif növləri - təkəlduz, güləbətin, qurama, basmanaxış, muncuqlu tikiş və s. haqqında  slaydlarla məlumat verdilər. Dərsin tətbiqetmə mərhələsində şagirdlər rəngli saplardan, muncuqlardan müəllimlərinin köməyi ilə müxtəlif naxışlı əl işi hazırladılar. Kombinəedilmiş dərsdə şagirdlər nəzəri və praktik bacarıqlarını birləşdirərək maraqlı əl işlərini nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi