“Tamamlanmamış cümlələr” metodikası

   Məktəb motivasiyasının aşağı düşməsi uşağın məktəbə uyğunlaşa bilməsində çətinliyin olduğunu göstərir və əksinə motivasiyanın yüksəlməsi təlim və inkişafda müsbət dinamikanın yaranmasının təməlidir. Şagirdlərin məktəb motivasiyasını, sinifdaxili münasibətlərini öyrənmək məqsədilə V siniflərdə məktəb psixoloqu tərəfindən “Tamamlanmamış cümlələr” metodikası aparıldı. Şagirdlər onlara verilən 30 cümləni tamamladılar. Test nəticəsində onların məktəbə və yoldaşlarına münasibətləri aşkara çıxdı və hər bir şagirdin psixoloji durumunun necə formalaşması müəyyənləşdi. “Tamamlanmamış cümlələr” testinin nəticələrinə əsasən məktəb psixoloqu hər bir şagirdin fərdi psixoloji durumunu öyrənərək onlara necə yanaşmağı müəyyənləşdirdi, müxtəlif tövsiyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi