Fənlərarası inteqrasiya

    Fənlərarası əlaqə prosesində tədris fənni şagirdlər tərəfindən yaxşı mənimsənilir, bir neçə fənn üzrə bilik, bacarıq və vərdişlər təkrarlanır, nəticədə, biliyin şagirdlər tərəfindən sistemli mənimsənilməsi təmin edilir. Onlar az vaxt içərisində çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər. Bu məqsədlə məktəbimizdə uşaqları inteqrativ biliklər əldə etməyə hazırlayan fənlərarası əlaqəyə geniş yer verilir.

     Növbəti  biologiya fənni üzrə “Görmə orqanımız” mövzusu şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərsin maraqlı və məzmunlu qurulması, uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün fizika fənni ilə inteqrasiya olundu. Dərsin motivasiyası “Onu bağışlamaq olarmı?” filmi üzərində quruldu. Fizika və biologiya müəllimlərinin qurduğu dərsin tədqiqat suallarının məqsədəuyğunluğu, təlim tapşırıqlarının problemin həllinə istiqamətləndirilməsi və şagirdlərin potensial inkişafına uyğunluğu, şagirdlərin təhlil və təqdimetmə bacarığı baxımından zəngin və rəngarəng idi. Dərsin mərhələlərində elektron resurslardan, müxtəlif təcrübi vasitələrdən istifadə olundu. Məlumat mübadiləsi mərhələsi zamanı şagirdlərin biologiya və fizika fənləri üzrə  təhliletmə və təqdimetmə bacarıqları üzə çıxdı. Müəllimlərin peşəkarlığı nəticəsində fənlərarası inteqrasiyada fənlərin aşıladığı anlayışlar, bilik və bacarıqlar əlaqələndirildi, fənn daxilində səpələnmiş faktlar sistemləşdirildi.

    Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən təhlil olundu və metodiki tövsiyələr verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi