GÇQH dərslərində azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu

      Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq məqsədilə GÇQH dərslərində azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu. İlk öncə hərbi müəllim R.Şamidov 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumat verdi. Tarix boyu Azərbaycana qarşı yönələn erməni vəhşiliklərindən, azərbaycanlıların kütləvi surətdə doğma yurdlarından sürgün edilməsindən danışdı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi