Tarix dərslərində soyqırımla bağlı vacib faktlar açıqlandı

      Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açıldı, təhrif edilmiş hadisələr özünün əsl siyasi qiymətini aldı. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illər öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir. Təkcə ötən əsrdə Azərbaycan əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) insan ləyaqətini alçaldan hərəkətlərlərlə müşayiət olunan soyqırıma və deportasiyaya məruz qalmışdır. Gənc nəsli mütəmadi baş verənlərlə məlumatlandırmaq və olanları yaddaşa həkk etdirmək, nəsildən-nəslə ötürmək məqsədilə tarix dərslərində soyqırımla bağlı vacib faktlar açıqlandı. Soyqırım zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən minlərlə günahsız, dinc soydaşımızın amansızcasına qətlə yetirildiyi nəzərə çatdırıldı, erməni qəsbkarlarının mənfur siyasətindən danışıldı. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdiyi söylənildi, gənc nəslə öz tarixi keçmişini unutmamaq tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi