31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

        28 Mart 2018-ci il tarixdə akt zalında tarix müəllimlərinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Qan yaddaşımız” adlı anım mərasimi keçirildi. Anım tədbirində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tarix müəllimi Ş.Qafarova 31 Mart-Azərbaycanlıların Soyqırım Gününün tariximizə XX əsrin ən qanlı hadisəsi kimi yazıldığını bildirdi. Söylədi ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişdi. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə də on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. Ş.Qafarova bildirdi ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmışdı. Azərbaycanlıların kütləvi qırğını, soyqırımları ilə müşayiət olunan deportasiyaları, Xocalı qətliamı, XX əsrdə məruz qaldığımız, tariximizin ən qanlı və faciəli səhifələrindən şagirdlər ətraflı danışdı. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində də minlərlə insan öldürüldüyü, torpaqlarımızın 20 faizi işğal edildiyi, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi söylənildi.

     Məktəbin direktoru A.Bayramova öz çıxışında erməni millətçilərinin zaman-zaman Azərbaycana qarşı ərazi iddialarından və təcavüz siyasətindən, qanlı cinayətlərindən danışdı. Tariximizi unutmamağı, gələcək nəsillərin milli yaddaşını qorumağı şagirdlərə tövsiyə etdi.

  Sonda tədbir iştirakçıları Azərbaycanlıların soyqırımına həsr olunmuş filmə baxdılar, həmçinin 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə Azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksinə qiyabi səyahət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi