Xoş gəlmisən, elin əziz bayramı!

      İbtidai siniflərdə təsviri incəsənət fənnindən mart aylığı çərçivəsində ”Novruz ənənələri” mövzusunda "Açıq dərs"lər davam edir. Şagirdlər Novruz bayramı haqqında məlumat aldılar. Dörd ünsür – od, su, hava, torpağa uyğun olaraq ilaxır çərşənbələr haqqında ətraflı məlumatlar öyrəndilər. Novruz bayramının atributları olan Kosa, Keçəli qarşıladılar. Novruz bayramının digər atributları-qoğal, şəkərbura, paxlava, bayram şamları haqqında yeni məlumatlar əldə etdilər.

   Şagirdlər ilaxır çərşənbələrin adları ilə qruplara bölündülər. Naturadan Novruz xonçası çəkdilər. Qrupların təqdimatı və qiymətləndirmədən sonra şagirdlər Novruz bayramına həsr olunmuş şeirləri, adət və ənənələrə həsr olunmuş deyimləri təqdim etdilər. Dərs birlik rəmzi olan yallı rəqsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi