ADPU-nə ekskursiya

      Fizika aylığı çərçivəsində  müəllimlər S.Quliyeva və R.Qasımovun rəhbərliyi ilə 8-9-cu sinif şagirdlərin Azərbaycan Dövlət Pedaqoji Universitetinə ekskursiyası təşkil olundu. Universitetdə şagirdlər “Elektrik və optika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Vaqif Nəsirovun mühazirəsini dinlədilər, optik laboratoriyada qabaqrıq və çökük linzadan istifadə edərək cismin xəyalını aldılar. Daha sonra şagirdlər atmosfer təzyiqinin varlığını təsdiq edən təcrübələr, su fantanı, süni yağış və s. təcrübələrin nümayişini izlədilər. Ekskursiya şagirdlərin fizika elminə olan marağının artmasına və onlarda bu elmin  sirlərini daha dərindən öyrənmək  üçün motivasiyanın yaranmasına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi