Nəğməkar şairlə görüş

     “İmzalı görüş“ layihəsi çərçivəsində məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə məktəb liseydə “Mənim şeirim məhəbbət himni” söyləyən, Müasir Azərbaycan poeziyasının nəğməkar şairi Vahid Əzizlə görüş keçirildi. Görüşdə şagirdlər şairin şeirlərini söylədilər, onun sözlərinə bəstələnmiş musiqiləri ifa etdilər. Şair Vahid Əziz yeni şeirlərini tədbir iştirakçılarına təqdim etdi və onlarla xatirə şəkilləri çəkdirdi. O, “Səninlə“ adlı şeirlər kitabını məktəbin kitabxanasına hədiyyə etdi. Nəğməkar şairin oxuculara tövsiyəsi o oldu ki, paxıllıq, yalan, riyakarlıq kimi mənfi keyfiyyətlərdən uzaq olsunlar, ancaq qəlblərində sevgi ilə yaşasınlar.

    Tədbirin sonunda məktəbin direktoru A.Bayramova çıxış edərək sənətkarların oxucularla bu cür görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olmasını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi