Fizika İnstitutuna ekskursiya

       Fizika aylığı çərçivəsində fizika müəlliməsi N.Abbasovanın rəhbərliyi ilə VI, VII, VIII sinif şagirdləri AMEA-nın Fizika İnstitutuna ekskursiya etmişlər. Fizika İnstitutunun elmi işçiləri şagirdləri gözəl qarşıladılar. Onları həm elmi cəhətdən, həm də uşaqların bilik səviyyələrinə uyğun yeni qurğu və avadanlıqlarla tanış etmiş və onların iş prinsiplərini izah etmişlər. Fizika İnstitutunun əməkdaşları şagirdləri İnstitutun laboratoriya otaqları ilə tanış etmiş və orada olan müxtəlif praktik təcrübələrdə istifadə olunmuş cihazları nümayiş etdirmişlər.

      Şagirdlərimiz bu ekskursiyadan fizika elminin nə qədər maraqlı bir elm olduğunu öyrəndilər və İnstitutdan xoş təəssuratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi